Ana Sayfa > Karusel / Gündəm > Qanunsuz orqan transplantasiyasına görə 10 min manatadək cərimə tətbiq olunacaq
Qanunsuz orqan transplantasiyasına görə 10 min manatadək cərimə tətbiq olunacaq18-05-2022, 17:11. Yazar: Admin |
İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyən edilir. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 162-1 maddədə əksini tapıb. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və ya digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanılması, daşınması, idxalı və ixracına görə vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə hüquqi şəxslər 7000 manatdan 10000 manatadək məbləğdə cərimə ediləcək. Geri dön |