Ana Sayfa > Karusel / Siyasət > Böyük Britaniya XİN başçısı: "Marşal planı"na ehtiyacımız var"

Böyük Britaniya XİN başçısı: "Marşal planı"na ehtiyacımız var"


18-05-2022, 11:41. Yazar: Admin

Liz Trass: "Rusiyanın BMT İnsan Haqları Şurasında üzvlüyü dayandırılmalıdır"

Qarabaginfo.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

“Böyük Britaniya və digər “Böyük Yeddilik” (G7) ölkələri Ukraynanın bərpasıını maliyyələşdirmək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyi düşünür. Mən G7-də həmkarlarımla keçirdiyim görüşdə “Marşal planı” ilə bağlı müzakirə aparmışam”, - o söyləyib.

Xatırladaq ki, Almaniyanın maliyyə naziri Kristian Lindner Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpasını maliyyələşdirmək üçün köçürülməsi ideyasının G7 və Avropa İttifaqında fəal müzakirə olunduğunu bildirib.

Qeyd edək ki, “Marşall planı” və ya rəsmi adı ilə “Avropanı bərpa proqramı” İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Avropaya yardım proqramıdır. Bu təşəbbüs 1947-ci ildə ABŞ dövlət katibi Corc C. Marşall tərəfindən irəli sürülüb və 1948-ci ilin aprelindən qüvvəyə minib. Planın həyata keçirilməsində 17 Avropa ölkəsi, o cümlədən Qərbi Almaniya iştirak edib.

“Marşall plan”ı Qərbi Avropada müharibədən sonra sülhün bərqərar olmasına töhfə verib. Planın məqsədi müharibə nəticəsində dağılmış Avropa iqtisadiyyatını bərpa etmək, ticarət əngəllərini aradan qaldırmaq, Avropa ölkələrinin sənayesini modernləşdirmək, kommunistləri güc strukturlarından sıxışdırıb çıxarmaq və bütövlükdə Avropanı inkişaf etdirmək olub.

“Marşall planı”na SSRİ iqtisadiyyatının müharibədən sonrakı yenidən qurulmasına yardım da daxil idi, lakin Sovet İttifaqının rəhbərliyi proqram çərçivəsində yardımın bütün formalarından imtina edib.


Geri dön