Ana Sayfa > Karusel / Dünya > ABŞ Rusiyadan asılılığını azaltmaq üçün Hindistana hərbi yardım göstərmək istəyir

ABŞ Rusiyadan asılılığını azaltmaq üçün Hindistana hərbi yardım göstərmək istəyir


18-05-2022, 08:28. Yazar: Admin

ABŞ komandiri: “Hindistan ABŞ üçün ən böyük strateji fürsətdir”

ABŞ Hindistanın Rusiya istehsalı olan silahlardan asılılığını azaltmaq üçün Hindistana hərbi yardım göstərməyə hazırlaşır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, Vaşinqton Hindistana xarici ölkələrə hərbi yardım proqramı çərçivəsində 500 milyon dollar ayırmağı planlaşdırır. Bu baş verərsə, Hindistan İsrail və Misirdən sonra bu proqram çərçivəsində ən çox maliyyə alan ölkələrdən birinə çevriləcək.

Agentlik vurğulayır ki, hazırda ABŞ-ın Hindistana hərbi yardımla bağlı qərarının nə vaxt açıqlanacağı və yardım paketinə hansı silahların daxil ediləcəyi məlum deyil.


Geri dön