Ana Sayfa > Karusel / Gündəm > Təzəpir məscidinin yaxınlığındakı yanğın məhdudlaşdırıldı

Təzəpir məscidinin yaxınlığındakı yanğın məhdudlaşdırıldı


17-05-2022, 23:44. Yazar: Admin

Təzəpir məscidinin yaxınlığındakı yanğın məhdudlaşdırıldı

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Qeyd edək ki, sözügedən ərazi Təzəpir məscidinin yaxınlığıdır.


Geri dön