"Parlamentlərarası əlaqələrin inkişafı hökumətlər arasında əlaqələrin inkişafı üçün də imkanlar yaradır".
Qarabaginfo.az xəbər verir ki, bunu İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini Əli Nikzad İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Bakıda keçirilən Üçüncü Ümumi Konfransında deyib.
O bildirib ki, davamlı iqtisadi inkişaf üçün turizmin inkişaf etdirilməsi əsas şərtdir:
"Üzv ölkələrə gələn turistlərə viza rejiminin asanlaşdırılmasını təklif edirik. İran özünə qarşı təzyiqlərə baxmayaq hər zaman bölgədə sülh və sabitliyin tərəfdarı olub. Qonşularla fəal əlaqələrin olmasını xarici siyasətin əsas prioriteti hesab edir. Artıq pandemiyanın bitməsi üfüqlərdədir. Əminəm ki, bu konfrans pandemiyadan sonrakı dövr üçün fikir mübadiləsi aparmaq üçün yaxşı platforma olacaq".