Ana Sayfa > Karusel / Gündəm > Qarabağda 4 kiçik SES bərpa olundu

Qarabağda 4 kiçik SES bərpa olundu


17-05-2022, 15:52. Yazar: Admin

Mingəçevir” Su Elektrik Stansiyasında təmir-bərpa işləri həyata keçirilir - FED.az

Bu günədək Qarabağda dörd kiçik su elektrik stansiyası (SES) bərpa olunub.

Qarabaginfo.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

O qeyd edib ki, Azərbaycanın azad edilmiş ərazilərinin "yaşıl" enerji zonasına çevrilməsi planlaşdırılır:

"Bu strategiyanın layihəsi Yaponiyanın "Tepsco" şirkəti ilə birgə hazırlanır. Qarabağda bu günədək dörd kiçik su elektrik stansiyası bərpa olunub, beş kiçik SES-in bərpası üzrə işlər davam etdirilir. Daha on səkkizini isə özəl investisiyalar hesabına bərpa etmək planlaşdırılır".

Nazir müavini vurğulayıb ki, Energetika Nazirliyi Azərbaycanın külək enerjisi potensialını 3 min meqavatt, su enerjisi potensialını 23 min meqavatdan çox, kiçik SES-lərin potensialını 520 meqavatt, bioenerji potensialını 280 meqavatt həcmində dəyərləndirir. Bütün Azərbaycan ərazisində külək enerjisinin potensialı 157 giqavatt həcmində dəyərləndirilir:

"Azərbaycanda elektrik enerjisi tarifləri müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Ölkədə elektrik enerjisi bir sıra ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə ucuzdur. Bu balansın təmin olunması üçün hökumət müvafiq subsidiyalar hazırlayıb".

 


Geri dön