Ana Sayfa > Karusel / Gündəm > Əsgər valideynləri İrəvanda aksiyaya başladı

Əsgər valideynləri İrəvanda aksiyaya başladı


17-05-2022, 15:44. Yazar: Admin

Əsgər valideynləri İrəvanda aksiyaya başladı

 


Ermənistanda həlak olan hərbçilərin valideynləri İstintaq Komitəsinin hərbi idarəsi qarşısında toplaşıb. 

Qarabaginfo.az "Aysor"a istinadla xəbər verir ki, bir qrup valideyn müstəntiqlə görüşə buraxılıb, lakin görüşün ortasında əsəbləşib otaqdan çıxıblar.

Vəkil Vahan Ohannisyan isə jurnalistlərə bildirib ki, müstəntiq Arsen Movsisyana çöldə gözləyən valideynlərə cinayət işinin təfərrüatlarını təqdim etməyi xahiş edib, lakin müstəntiq deyib ki, o, sözçü deyil.

Valideynlər idarənin girişlərini bağlamaq qərarına gəlib, daha sonra çadır gətirdiklərini və cəzaçəkmə müəssisəsinin hərbi idarəsinin yaxınlığında oturaq aksiyaya başlayıblar.


Geri dön