İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) növbəti Ümumi Konfransı İranda keçiriləcək.
Qarabaginfo.az xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Tahir Hussain deyib.
O bildirib ki, növbəti Ümumi Konfransı 2023-cü ildə baş tutacaq.
Tahir Hussain qeyd edib ki, İran parlamentinin sədri İƏT PA-nın vitse-prezidenti seçilib.