Ana Sayfa > Karusel / Gündəm > Bakı-Qazax yolunda QƏZA - Yaralı var

Bakı-Qazax yolunda QƏZA - Yaralı var


17-05-2022, 14:00. Yazar: Admin

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Qarabaginfo.az xəbər verir ki, qəza Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü, Ağdaş rayon sakini 46 yaşlı Anar Şəmməd oğlu Cabbarov Bakı istiqamətində hərəkətdə olarkən qarşısındakı “KamAZ” markalı yük maşınının qoşqusuna çırpılıb.

 

Hadisə zamanı “Toyota” markalı maşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Faktla bağlı araşdırma aparılır.


Geri dön