Ana Sayfa > Karusel / Siyasət > Milli Məclisə yeni Aparat rəhbəri TƏYİN OLUNDU

Milli Məclisə yeni Aparat rəhbəri TƏYİN OLUNDU


17-05-2022, 11:36. Yazar: Admin

Milli Məclisin Aparat rəhbəri vəzifəsinə yeni təyinat olub.

 

Qarabaginfo.az xəbər verir ki, bu vəzifəyə Fərid Hacıyev təyin edilib.

 

O, bu təyinatadək Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışırdı. F.Hacıyev həmin vəzifəyə ötən ilin fevral ayında spiker Sahibə Qafarovanın müvafiq əmri ilə təyin edilmişdi.

Fərid Famil oğlu Hacıyev 25 aprel 1989-cu il təvəllüdlüdür. O, hüquqşünas, dövlət qulluğunun təşkili və idarəedilməsi ixtisaslarına yiyələnib. Yeni Aparat rəhbəri Dövlət qulluğunun baş müşaviri dərəcəsinə malikdir.(Apa)


Geri dön