Ana Sayfa > Karusel / Gündəm > Latviya Rusiyadakı konsulluqlarını bağladı

Latviya Rusiyadakı konsulluqlarını bağladı


17-05-2022, 01:12. Yazar: Admin

Latviya Rusiyadakı konsulluqlarını bağladı

Latviyanın Sankt-Peterburqdakı baş konsulluğu və Pskovdakı konsulluğu işini dayandırıb.

Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Latviyanın Rusiyadakı səfiri Maris Riekstins deyib.

“Bu gündən etibarən Latviyanın Pskovdakı Konsulluğu və Sankt-Peterburqdakı Baş Konsulluğunun işinə xitam verilib”, - Riekstins bildirib. 

Səfir əlavə edib ki, Latviyanın Moskvadakı səfirliyinin konsulluq bölməsində konsulluq xidmətlərinin göstərilməsi davam edir.


Geri dön