Ana Sayfa > Karusel / Gündəm > Ruslar mənəvi cəhətdən Krımın təslim olmasına hazırlaşır - Arestoviç
Ruslar mənəvi cəhətdən Krımın təslim olmasına hazırlaşır - Arestoviç17-05-2022, 01:05. Yazar: Admin |
"Kremlin Krımla bağlı “ərazi mübahisələri” ilə bağlı bəyanatı onların əhalini yarımadanın təslim olmasına mənəvi hazırladıqlarından xəbər verir". Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç “Feygin live” efirində danışıb. “Bundan əvvəl heç bir ərazi mübahisəsi yox idi, “əbədi Rusiya ilə birlikdə olmağa qərar verən” “xalqın referendumu” olub və indi məlum olur ki, bunlar Rusiya ilə Ukrayna arasında ərazi mübahisələridir”, – Arestoviç bildirib. O qeyd edib ki, Putinin mətbuat katibi Dmitri Peskov heç vaxt belə bir söz demir. Onun fikrincə, Peskovun açıqlaması buna sübutdur. (unikal.org) Geri dön |