Ana Sayfa > Karusel / Gündəm > Səfir: “Azərbaycanın strateji vacibliyi onu ABŞ-ın bölgədəki tərəfdaşına çevirir”

Səfir: “Azərbaycanın strateji vacibliyi onu ABŞ-ın bölgədəki tərəfdaşına çevirir”


16-05-2022, 19:18. Yazar: Admin

Səfir: “Azərbaycanın strateji vacibliyi onu ABŞ-ın bölgədəki tərəfdaşına çevirir”

ABŞ səfiri Li Litzenberqer Müdafiə Departamenti tərəfindən Dövlət Gömrük Komitəsinə verilən ingilis dili təlimatı avadanlığının təqdimat mərasimində iştirak edib.

Səfirlikdən verilən xəbərə görə, səfir Dövlət Gömrük Komitəsinin sədr müavini general mayor Cavad Qasımov ilə birgə ABŞ tərəfindən Komitəyə təqdim edilən kompüterləri və təlim materiallarını nəzərdən keçirib.

Səfir Litzenberqerin Gömrük Komitəsinin Akademiyasına səfər etdiyi zaman nəzərdən keçirdiyi avadanlıqlar ABŞ-ın Dövlət Gömrük Komitəsinə “Tərəfdaşların Əməliyyat Bacarıqlarının inkişafı” proqramı vasitəsilə ayırdığı 30 milyon dollar dəyəri olan yardımın bir hissəsidir. Bu proqram Azərbaycanın sərhəd təhlükəsizliyinin gücləndirilməsi məqsədinə xidmət edir. 2019-cu ildən bəri ABŞ-ın Müdafiə Departamenti Azərbaycana qanunsuz daşınmaların və sərhəd pozulmalarının qarşısının alınması üçün təqribən 90 milyon dollar dəyəri olan yardım ayırıb.

Səfir çıxışı zamanı deyib ki, Azərbaycan əhalisinə təhlükə yaradan narkotik və digər qanunsuz malların daşınması hər zaman problem olub: “Bu, xüsusilə Azərbaycanın İranla olan cənub sərhədində özünü biruzə verir. Bizim Müdafiə Departamentimiz, habelə ABŞ-ın digər hüquq-mühafizə agentlikləri, misal üçün Narkotiklərə Qarşı Mübarizə Administrasiyası, Dövlət Gömrük Komitəsi və digər sərhəd təhlükəsizliyi sahəsində çalışan orqanlar ilə birgə işləyir. Bu əməkdaşlığın əsnasında biz təhlükələrin aradan qaldırılması üçün zəruri təlimləri təmin edirik.”

Səfir eyni zamanda qeyd edib ki, layihə ABŞ və Azərbaycan arasında olan 30 illik əməkdaşlığın inkişafı istiqamətində atılan daha bir addımdır: “Azərbaycanın strateji baxımdan vacib olması onu ABŞ-ın bölgədəki tərəfdaşına çevirir. Əlimizdə olan fürsətdən istifadə edərək Azərbaycanın sərhədlərinin təhlükəsizliyini təmin edən insanlar üçün yarana bilən təhlükələrin qarşısının alınması məqsədi ilə yardım etməyə hazırıq”.

ABŞ-ın Narkotiklərə qarşı Mübarizə Administrasiyasının təmsilçisi Coşua Evansda tədbirdə iştirak edərək təşkilatın Azərbaycan hökuməti və ABŞ-ın Müdafiə Departamenti ilə etdiyi əməkdaşlığın vacibliyini vurğulayıb: “Azərbaycan Narkotiklərə qarşı Mübarizə Administrasiyasının vacib tərəfdaşıdır”.


Geri dön