Ana Sayfa > Karusel / Siyasət > Baş katib: “KTMT-nin Ukraynadakı əməliyyatda iştirakı müzakirə olunmayıb”

Baş katib: “KTMT-nin Ukraynadakı əməliyyatda iştirakı müzakirə olunmayıb”


16-05-2022, 18:47. Yazar: Admin

Stanislav Zas

“Sammitdə KTMT kollektiv qüvvələrinin Ukraynada keçirilən xüsusi əməliyyatda iştirakı məsələsi müzakirə olunmayıb”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas bildirib.

Onun sözlərinə görə, Vladimir Putin KTMT ölkələrinin liderlərini Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın gedişi barədə ətraflı məlumatlandırıb.

Zas KTMT-nin yeni üzvlər, tərəfdaşlar və müşahidəçilərlə böyüyəcəyinə əmin olduğunu söyləyib.

O bildirib ki, Nikol Paşinyanın böhranlı əziyyətlərə cavab mexanizmlərinin mükəmməl olmaması ilə bağlı iradları ilə əlaqədar KTMT üzvləri arasında müzakirələr aparılıb, bəzi təkliflər irəli sürülüb.


Geri dön