Azərbaycanın Xarkovdaki Fəxri konsulluğu bu gün fəaliyyətini bərpa edəcək.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.
Fəxri konsul bildirib ki, Rusiyanın raket atışları zamanı Fəxri konsulluğun binasına zərər dəymişdi: “Biz konsulluqda bir otağı bərpa etmişik və bu gündən fəaliyyətə başlamağa qərar vermişdik. Yaxın 2 saat ərzində Fəxri konsulluq Xarkov şəhərində fəaliyyətini bərpa edəcək”.