Ana Sayfa > Karusel / Siyasət > “Sizin göstərişinizlə ölkədə maska çatışmazlığının qarşısı alındı”
“Sizin göstərişinizlə ölkədə maska çatışmazlığının qarşısı alındı”17-04-2020, 09:43. Yazar: Admin |
Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. Qarabaginfo.az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir: Masallı rayonu, Xanalion kəndi N.Bağışov adına Xanalion kənd məktəbinin direktoru Gəncə şəhər sakinləri Məhərrəmov Mətləb İbrahim oğlu, Quliyev Telman Qəhrəman oğlu, Həsənova Aygün Abasqulu qızı Allahverdi Mehriban Mahmud qızı və başqaları yazır: "Koronavirus pandemiyasının ölkəmizdə kütləvi yayılmasının qarşısını almaq üçün atdığınız addımlar öz nəticəsini verməkdədir. Bir neçə gündür bu virusla əlaqədar Azərbaycanda nikbin statistika müşahidə olunur. Xəstəliyə yoluxanlarla sağalanların sayının təqribən eyni olması ümidlərimizi və inamımızı daha da artırır. Sizin vaxtında gördüyünüz tədbirlərin real nəticələr verəcəyini əvvəlcədən gözləyirdik. İnanırıq ki, bu sahədə vəziyyət get-gedə daha da yaxşılaşacaq və xalqımızın canı bu bəladan birdəfəlik qurtaracaq. Cənab Prezident, Ulu Tanrı hər zaman yolunuza işıq salsın, Sizi bədnəzərdən qorusun". Bərdə rayon sakini Vahidi Yusif Fərhad oğlu yazır: "Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə atılmış addımlar bizi sevindirir. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün xalqımızın devizinə çevrilib. Biz gənclər olaraq, Sizin rəhbərliyinizlə görülən bütün tədbirlər sayəsində çox yaxın gələcəkdə ölkəmizdə pandemiyanın sona çatacağına qəti əminik. Allahdan bu bəlanın tezliklə Azərbaycanın və bütün dünyanın üzərindən çəkilməsini diləyirik". Füzuli rayonundan Milli Qəhrəman ailəsi Quliyeva Ülviyyə Qabil qızı yazır: "Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. İstirahət etmədən xalqımızın qayğısına qalırsınız. Belə çətin günlərdə belə diqqətinizi bizdən əsirgəmirsiniz. Şəhid Milli Qəhrəman ailəsi olaraq Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyiniz ilə görülən tədbirlər sayəsində ölkəmizdə pandemiyanın sona çatmasına nail olacağıq. Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” şüarınızı dəstəkləyirik və hər zaman arxanızdayıq". Bakı şəhər sakini Heydərli Fuad Hacı oğlu yazır: "Bütün dünyanın koronovirusla üz-üzə qaldığı bir vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri biz gənclərdə böyük qürur hissi yaradıb. Müvafiq Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş “Yeni klinika” tibb müəssisəsinin və Sumqayıt Kimya Sənaye Parkında maska istehsalı müəssisəsinin açılışları, həmçinin Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışlarda şəxsən iştirakınız bir daha sübut etdi ki, Siz hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünür, məhz bunun üçün yorulmadan çalışırsınız. Sizin və Mehriban xanımın bu mövzuda xalqımıza etdiyiniz müraciətlər xalqımızda yüksək əhval-ruhiyyə yaradıb, biz vətəndaşlara böyük mənəvi stimul olub. Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən koronovirusla mübarizə sahəsində həyata keçirilən bütün tədbirlər xarici ölkələrin mətbuatlarında da, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təqdir olunur və yüksək qiymətləndirilir. Biz gənclər də Sizin bu xidmətlərinizi yüksək qiymətləndirir, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımızın tezliklə bu yoluxucu xəstəlikdən ən az itki ilə qurtulacağına əminliyimizi bildiririk. Bütün bunlara görə, gənclər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi, ailənizi və xalqımızı qorusun". Bakı şəhəri, Suraxanı rayon sakinləri Hüseynov Vidadi, Kazımov Rüstəm
Geri dön |