Ana Sayfa > Karusel / Siyasət > Qırğız parlamentinin sədr müavini Azərbaycana gəlib

Qırğız parlamentinin sədr müavini Azərbaycana gəlib


16-05-2022, 12:20. Yazar: Admin

 

Qırğız parlamentinin sədr müavininin Azərbaycana səfəri

 

Mayın 16-da Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovun başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinfdən Qarabaginfo.az-a verilən xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Qırğızıstan parlament nümayəndə heyətini Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, Qırğızıstanın Azərbaycandakı səfiri Kairat Osmonaliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər mayın 18-də başa çatacaq.


Geri dön