Ana Sayfa > Karusel / Gündəm > Ukraynanın 170 təyyarəsi məhv edilib - Rusiya MN

Ukraynanın 170 təyyarəsi məhv edilib - Rusiya MN


16-05-2022, 12:14. Yazar: Admin

Ukraynanın 170 təyyarəsi məhv edilib - Rusiya MN

 


Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı 170-ə yaxın Ukrayna hərbi təyyarəsi məhv edilib.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Ümumilikdə, "xüsusi hərbi əməliyyat" başlayandan indiyədək 168 təyyarə, 125 helikopter, 889 pilotsuz uçuş aparatı, 307 zenit-raket kompleksi, 3108 tank və digər zirehli döyüş maşını, 381 reaktiv yaylım atəşi qurğusu, 1529 səhra artilleriya qurğusu və minaatanlar, həmçinin 2949 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib”, - deyə Konaşenkov Bazar ertəsi brifinqdə qeyd edib.


Geri dön