Ana Sayfa > Karusel / Siyasət > İran parlamentinin sədr müavini Azərbaycana gəldi

İran parlamentinin sədr müavini Azərbaycana gəldi


16-05-2022, 12:04. Yazar: Admin

İran parlamentinin sədr müavini Azərbaycana gəldi

 


İran İslam Şurası Məclisinin (parlament) sədr müavini Əli Nikzadın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib.

Qarabaginfo.az xəbər verir ki, səfər zamanı İranın vitse-spikeri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüşəcək. Görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə ediləcək.

Daha sonra Əli Nikzad və nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Parlament Assambleyasının 3-cü sessiyasında iştirak etmək üçün Naxçıvandan Bakıya yola düşəcək.

İran parlamentinin sədr müavini Azərbaycana 2 günlük səfəri zamanı bir sıra ikitərəfli görüşlər də keçirəcək.


Geri dön