Ana Sayfa > Karusel / Region > Bakı-Naxçıvan təyyarəsi tufan səbəbilə geri qayıdıb

Bakı-Naxçıvan təyyarəsi tufan səbəbilə geri qayıdıb


16-05-2022, 10:04. Yazar: Admin

Bakı-Naxçıvan təyyarəsi tufan səbəbilə geri qayıdıb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-dən Qarabaginfo.az-a verilən məlumata görə, təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.


Geri dön