Ukrayna Prezidenti Vladimir Zelenski general-mayor İqor Tansyuruyu Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinə komandan təyin edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Dövlət başçısının imzaladığı fərmanla Yuri Qaluşkin Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı vəzifəsindən azad edilib.
Briqada generalı Yuri Qaluşkin bu il yanvarın 1-də Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı təyin olunmuşdu.