Ana Sayfa > Karusel / Gündəm > Kadırov Ərdoğana müraciət etdi
Kadırov Ərdoğana müraciət etdi15-05-2022, 23:25. Yazar: Admin |
Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib. Qarabaginfo.az xəbər verir ki, Kadırovun "Telegram" kanalında yayımlanan müraciətdə o, Ərdoğanı Mariupoldakı Azovstal zavodunun ərazisində yerləşən Ukrayna hərbçilərinə kömək etməməyə çağırıb. Çeçen lider Ərdoğanın təxliyə planı ilə bağlı açıqlamalarını tənqid edib, lakin müsəlman dövlətinin liderinə hörmətlə yanaşdığını qeyd edib. Kadırov Azov alayını Donbass sakinlərinin qətlində günahkar olan faşist-nasist cinayətkar silahlı qruplaşması adlandırıb. "Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edirəm: Azov xalqı qatillər və ateistlərdir, indi onları Rusiya təcavüzünün günahsız qurbanları kimi sizə təqdim etmək istəyirlər. Sizin köməyinizlə mühakimə olunmaqdan və layiqli cəzadan yayınmaq istəyən cinayətkarlara aldanmayın", - Kadırov yazıb. Geri dön |