Ana Sayfa > Karusel / Gündəm > Piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçdı

Piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçdı


15-05-2022, 22:53. Yazar: Admin

Piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçdı

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Vəliyev İlyası vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin məlumata görə, piyadanı “Ford” markalı yük maşını vurub.

Qəzadan sonra sürücü hadisə yerini tərk edib.

Faktla bağlı araşdırma aparılır.


Geri dön