Ana Sayfa > Karusel / Sosial > Natiq Cəfərli: “Toy Amnistiyasına” ehtiyac var

Natiq Cəfərli: “Toy Amnistiyasına” ehtiyac var


17-04-2020, 08:55. Yazar: Admin

 

Millət, bu zəhrimar virusdan sonra bəzi pozitiv addımlar da ataq – bu bəladan sonra davranış qaydalarımızı dəyişək, məsələn, ifrat formada keçirilən toy adətini ləğv edək. Vallah, israfçılıqdı, yazıq-günahdı, insanlar dəvətnamə alanda sevinməkdən dilxor olurlar, borc alıb toya gedirlər. Toylarda da səs-küy, ağız deyəni qulaq eşitmir, insanın başı ağrıyır, masalar üzərində tonlarla yemək zay olur – bütün bunlara son vermək lazımdır.

 

Bunun üçün “Toy Amnistiyasına” ehtiyac var – dostlar, indiyədək bir-birimizin toyuna saldığımız pulu halal edək, gəlin bu işi birdəfəlik həll edək!

 

Mən demirəm ki, toy olmasın, şənlik olmasın, mütləq olmalıdı, amma bizdəki kimi biabırçılıqla yox – gənclər özləri 50-100 nəfər arası yaxın dostları ilə əylənsinlər, desinlər, gülsünlər, mahnı oxusunlar, rəqs etsinlər, gələn qonaqlar da simvolik hədiyələrlə yanaşı “almansayağı” hesabı versinlər ki (adambaşına 15-20 manat düşəcək), ailələr heç xərcə düşməsin. Necədi?! Əgər bu virusdan sonra kişilərin öpüşməsini və biabırçı, ifrat toy ənənəsini sındırsaq bu da böyük kar olacaq..."Pravda"

 


Geri dön