Ana Sayfa > Karusel / Gündəm > Pakistanda kamikadze hərbi maşın karvanını partladıb, ölənlər var

Pakistanda kamikadze hərbi maşın karvanını partladıb, ölənlər var


15-05-2022, 18:38. Yazar: Admin

دیباچه | باشگاه خبرنگاران جوان

Pakistanın Hayber Paxtunxva əyalətində hərbi maşın karvanına hücum nəticəsində 3 uşaq və 3 əsgər həlak olub.

Bu barədə Qarabaginfo.az “Anadolu”ya istinadən xəbər verir.

Pakistan ordusunun məlumatına görə, kamikadzenin hücumu Əfqanıstanla həmsərhəd Şimali Vəziristan rayonunun inzibati mərkəzi Miranşah şəhərində həyata keçirilib.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Miranşahda “Təhrik-e Taliban Pakistan” (TTP) terror təşkilatı fəal şəkildə fəaliyyət göstərir.


Geri dön