Ana Sayfa > Karusel / Sosial > TƏBİB sədri xaricdə təhsil almış həkimlərə çağırış edib

TƏBİB sədri xaricdə təhsil almış həkimlərə çağırış edib


16-04-2020, 12:50. Yazar: Admin

 

Ramin Bayramlı

"Xaricdə təhsil alan tibb işçilərinin Azərbaycanda işləməsi üçün hər çür şərait yaradılıb".

 Qarabaginfo.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində Türkiyədə 764 nəfər təhsil alıb ki, onların 560-sı tibb təhsili alıb. 

O bildirib ki, onların 384-ü rezidentura,173 nəfər baza ali tibb təhsili, 3 nəfər magistratura, 16 nəfər doktorantura təhsili alıb: "Həmkarlarımızın Azərbaycanda çalışması üçün çox gözəl şərait yaradılıb. Arzu edərəm ki, gənclərimiz bu 3 aylıq layihənin sonunda Azərbaycanda çalışmaq qərarı verəcəklər". "Report"


Geri dön