Ana Sayfa > Karusel / Dünya > Finlandiya Prezidenti Ərdoğanla görüşmək istəyir
Finlandiya Prezidenti Ərdoğanla görüşmək istəyir15-05-2022, 17:45. Yazar: Admin |
Finlandiya Prezidenti Sauli Niinisto ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla müzakirəyə hazır olduğunu bildirib. Qarabaginfo.az xəbər verir ki, Finlandiya Prezidenti deyib ki, Rəcəb Tayyib Ərdoğanın bu məsələyə dair açıqladığı problemləri müzakirə etmək niyyətindədir. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin mümkün NATO üzvlüyünə müsbət baxmadığını bildirib. Türkiyə Prezidenti qeyd edib ki, Skandinaviya ölkələri terror təşkilatının qonaq evi kimidir. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin mümkün NATO üzvlüyünə müsbət baxmadığını bildirib. Türkiyə Prezidenti qeyd edib ki, Skandinaviya ölkələri terror təşkilatının qonaq evi kimidir. Geri dön |