Ana Sayfa > Karusel / Gündəm > ABŞ-da supermarketə silahlı hücum - 10 ölü, 3 yaralı

ABŞ-da supermarketə silahlı hücum - 10 ölü, 3 yaralı


15-05-2022, 13:50. Yazar: Admin

ABŞ-da supermarketə silahlı hücum

ABŞ-ın Buffalo şəhərində 18 yaşlı şəxs supermarketdə insanlara atəş açıb.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə 10 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisəni törədən şəxsin əynində gülləkeçirməz jilet və başında dəbilqə olub. Polislər hadisə yerinə gəldikdən sonra o təslim olub. Onun silahının üzərində Breyvik və Ernestin (2019-cu ildə sinaqoqda güllələnənlər) adları yazılıb.

Hüquq-mühafizə orqanları hücumun irqi nifrət zəminində törədildiyini ehtimal edir. Onların sözlərinə görə, supermarketdə ölən 10 nəfərdən və yaralanan 3 nəfərdən 11-i afroamerikalı olub, saxlanılan şəxs isə ağdərilidir.



 


Geri dön