Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bakıda şadlıq sarayında yanğın olub
Ana Sayfa > Karusel / Gündəm > Bakıda şadlıq sarayında yanğın olub

Bakıda şadlıq sarayında yanğın olub


14-05-2022, 23:09. Yazar: Admin

Bakıda şadlıq sarayında yanğın olub.

Qarabaginfo.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 2400 m² (hər mərtəbəsi 600 m²) olan dördmərtəbəli şadlıq sarayının dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.


Geri dön