Ana Sayfa > Karusel / Gündəm > Kiyevin İnzibati Məhkəməsi Yanukoviçin iddiasına baxmayıb

Kiyevin İnzibati Məhkəməsi Yanukoviçin iddiasına baxmayıb


14-05-2022, 18:09. Yazar: Admin

Kiyevin İnzibati Məhkəməsi Yanukoviçin iddiasına baxmayıb

Kiyevin İnzibati Məhkəməsi keçmiş prezident Viktor Yanukoviçin iddiasına baxmayıb.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə məhkəmədən bildirilib.

Viktor Yanukoviç iddiasında Ali Radanın onun Prezidentlikdən kənarlaşdırılmasına və Ukrayna prezidentliyinə növbədənkənar seçkilərin təyin edilməsinə dair 22 fevral 2014-cü il tarixli qərarı etibarsız hesab etməyi tələb edirdi.

Qeyd edək ki, aprelin 20-də məhkəmə Ali Radanın prosesə xitam verilməsi və işin Ali Məhkəmənin yurisdiksiyasına verilməsi ilə bağlı vəsatətlərini təmin etməkdən imtina edib.


Geri dön