Ana Sayfa > Karusel / Gündəm > Aİ-Azərbaycan Enerji Anlaşma Memorandumu ilə bağlı müzakirə aparılıb

Aİ-Azərbaycan Enerji Anlaşma Memorandumu ilə bağlı müzakirə aparılıb


14-05-2022, 17:03. Yazar: Admin

Avropa Komissiyası

Mayın 13-də Brüsseldə Avropa Komissiyasının yüksək vəzifəli rəsmiləri və Azərbaycan hökumətinin nümayəndələri Aİ-Azərbaycan Enerji Anlaşma Memorandumuna uyğun olaraq enerji məsələlərini müzakirə etmək üçün bir araya gəliblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb. Görüşün məqsədi enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, müvafiq enerji keçidlərini dəstəkləmək məqsədilə enerji sektorunda əməkdaşlığı davam etdirmək və gücləndirmək olub.

"Aİ-nin enerji komissarı Kadri Simsonun Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər Toplantısında və 4 fevral 2022-ci il tarixində Komissar Simson ilə Azərbaycan hakimiyyəti arasında ikitərəfli görüşlərdə iştirakına ardıcıl olaraq, mayın 13-də Enerji Məsələləri üzrə Anlaşma Memorandumu üzrə növbəti görüş keçirilib. Görüş Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji Siyasəti, Strategiya və Koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero və Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanovun sədrliyi ilə baş tutub.

Artan qlobal enerji çağırışları kontekstində Aİ və Azərbaycan arasında sabit ikitərəfli enerji əlaqələri və əməkdaşlıq rəqabətə davamlı, şaxələndirilmiş və təhlükəsiz qaz tədarükünə töhfə verən əsas amildir. Aİ rəsmisi İttifaqın prioritetlərinə uyğun olaraq təhlükəsiz qaz tədarükünün vacibliyini vurğulayıb və əsas enerji səmərəliliyi tədbirlərini və iqlimə qarşı neytral Avropa üçün hidrogen strategiyasını təqdim edib.

Cənub Qaz Dəhlizinin hasilat gücü və genişləndirilməsi ssenarilərinə uyğun olaraq, qaz sahəsində davam edən əməkdaşlıq və Azərbaycan qazının Aİ-yə ixrac həcminin artırılması perspektivləri də müzakirə olunub. Aİ prioritetlərinə uyğun olaraq enerji mənbələrinin şaxələndirilməsinə əsas töhfə kimi Xəzər regionundan boru kəməri ilə qaz tədarükünün artırılmasına güclü marağını və dəstəyini vurğulayıb", Avropa Komissiyasından bildirilib.


Geri dön