Ana Sayfa > Karusel / Gündəm > 28 mayda əfv gözlənilir: Komissiya toplandı

28 mayda əfv gözlənilir: Komissiya toplandı


14-05-2022, 12:53. Yazar: Admin

2022/05/16525-1652516401.jpg

 


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir. 

Qarabaginfo.az xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılır. 

Əfv Məsələləri Komissiyasının bundan öncə keçirilən üç iclasında ümumilikdə 300-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, 28 May Müstəqillik günü münasibəti ilə Azərbaycanda əfv sərəncamının imzalanması gözlənilir.

Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.


Geri dön