Ana Sayfa > Karusel / Dünya > İsrail Suriyaya zərbə endirib, 5 nəfər ölüb

İsrail Suriyaya zərbə endirib, 5 nəfər ölüb


14-05-2022, 08:19. Yazar: Admin

İsrail Suriyaya zərbə endirib, 5 nəfər ölüb

Suriyanın mərkəzi hissəsindəki Masyaf şəhərinə raket hücumu olub.

Qarabaginfo.az “SANA” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

İlkin məlumata görə, ölənlər arasında mülki vətəndaş da var. Raket hücumu ilə əlaqədar 7 nəfər yaralanıb.

Zərbədən sonra kənddə yanğın başlayıb.

Suriya mediası cümə günü baş verən hücumda İsraili günahlandırıb.

Qeyd edək ki, Suriya tez-tez İsraili öz ərazisinə hücumlarda ittiham edir.

İsrail Müdafiə Nazirliyi belə xəbərləri şərh etmir.(Apa)


Geri dön