Ana Sayfa > Karusel / Gündəm > Şəhid anasından evinin sökülməsi ilə bağlı - Açıqlama

Şəhid anasından evinin sökülməsi ilə bağlı - Açıqlama


13-05-2022, 21:37. Yazar: Admin

Şəhid anasından evinin sökülməsi ilə bağlı

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə şəhid anasının evinin sökülməsi ilə bağlı görüntülər yayılıb. Buna cavab olaraq, Bakı şəhəri Sabunçu rayon icra başçısı Adil Vəliyev açıqlama verərək, həmin ərazidə qeyri-yaşayış obyekti tikildiyini və şəhid anasına Ramana qəsəbəsində daha əvvəl mənzil verildiyini bildirib.

Qarabaginfo.az bildirir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya danışan şəhid anası Mehriban Abdurahmanlı həmin açıqlamadan narazı qaldığını deyib:

“Onlar deyirlər ki, Mehriban anaya bu evi tikmək üçün 1000 manat pul verilib. Mənim üstümə böhtan atılıb. Heç kim mənə pul verməyib. Mən oğlumun pulu ilə, qəpik-qəpik yığıb orada bir balaca yer düzəltmək istəyirdim. Prezident bizə ev verib. Buranı da həyət evi kimi düzəltmək istəyirdim".

Şəhid anası qeyd edib ki, sözügedən torpaq sahəsi ona hədiyyə edilib:

"Bu oğul anaya yaxşılıq elədi, torpağı verdi. Dünən isə bələdiyyədən evi sökmək üçün gəldilər ki, sökürük, tikintini dayandırın. Tikintini dayandırdıq. Bu gün səhər polislər, bələdiyyə işçiləri traktorla gəldilər. Əgər bu torpaq Abşeronundursa, Sabunçu Rayon İcra Hakimiyyəti niyə bizim evi dağıtmalıdır?"

Mehriban Abdurahmanlı sözgedən ərazidə yaşayan hamının evinin sənədsiz olduğunu bildirib:

"Prezident deyib ki, nə qədər evlər var, hamısı sənədləşəcək. Mən də gözləyirdim ki, qanun çıxan kimi sənədləşdirim. Mənim şərəf və ləyaqətimə toxunulub, üstümə böhtan atılıb. Qollarım gömgöydür, yerimdən tərpənə bilmirəm. Oğlu şəhid olmuş ananı sürüyərlər? İcra Hakimiyyətinin nümayəndələri, polislər - hamısından şikayətçiyəm".

Şəhid anası məhkəməyə müraciət edib-etməsilə bağlı suala cavabında bildirib ki, polisdən gəlib izahat alıblar:

"Məhkəməyə də müraciət edəcəyəm".

M.Abdurahmanlı qeyd edib ki, tikili məhkəmə qərarı olmadan sökülüb:

"Məhkəmədən bir kağız göstərib deyəydilər ki, ana, sənin evini uçururam. Mən də bu qərara baxardım, çəkilərdim bir kənəra. Mənə heç bir sənəd göstərilmədi”.


Geri dön