Ana Sayfa > Karusel / Gündəm > Ermənistanda zəlzələ oldu
Ermənistanda zəlzələ oldu13-05-2022, 20:36. Yazar: Admin |
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, saat 18:57-də ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi Qeqarkunik rayonunun Şorja kəndindən 2 kilometr aralıda zəlzələ qeydə alıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib, yeraltı təkanların gücü 3 bal olub. Zəlzələ Çəmbərək və Şorjada 2-3 bal gücündə hiss olunub. Geri dön |