Ana Sayfa > Karusel / Gündəm > Fransa XİN Türkiyənin Parisdəki Baş konsulluğuna hücumu pisləyib
Fransa XİN Türkiyənin Parisdəki Baş konsulluğuna hücumu pisləyib13-05-2022, 19:09. Yazar: Admin |
Fransa Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Parisdəki Baş konsulluğuna hücumu pisləyib. Qarabaginfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bu gün Fransa XİN-in nümayəndəsi brifinqdə bildirib. XİN rəsmisi vurğulayıb ki, Fransa tərəfi vəziyyəti izləməyə davam edəcək. Qeyd edək ki, ötən gün Türkiyənin Parisdəki Baş konsulluğuna bomba atılıb. Hadisə nəticəsində konsulluğun divarları zədələnib, şüşələr sınıb. Hadisə zamanı zərər çəkən olmayıb. Hadisəyə görə heç kim məsuliyyəti üzərinə götürməyib. Polis hücumu törədənləri axtarır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib ki, Fransanın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Geri dön |