Ana Sayfa > Karusel / Gündəm > Zelenski: “Makron Putinin simasını qorumaq üçün Ukraynanın suverenliyi ilə bağlı güzəştlər təklif etmişdi”

Zelenski: “Makron Putinin simasını qorumaq üçün Ukraynanın suverenliyi ilə bağlı güzəştlər təklif etmişdi”


13-05-2022, 18:58. Yazar: Admin

Moscou menace de frapper des centres de commandement à Kiev | Vanity Fair

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın dövlət başçısı Volodimir Zelenskiyə suverenlik ilə bağlı güzəştlər təklif edərək Ukrayna və Rusiya arasında vasitəçiliyə nail olmağa çalışıb.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zelenski italyan jurnalistlərə müsahibəsində bildirib.

“Makron Putinin simasını qorumaq üçün mənə Ukraynanın suverenliyi ilə bağlı müəyyən güzəştlər etməyi təklif etmişdi. Mən təbii ki, bu təklifi qətiyyətlə rədd etdim. Vaxtilə dünya liderləri Hitlerə “dünyanın yenidən bölünməsi haqqında düşünməyə” imkan vermişdi. İndi də Avropa Putinə və Rusiya Federasiyasına yanaşma axtararkən uzun illər ərzində oxşar şey yaşanıb.

Biz Rusiya üçün çıxış yolu axtarmamalıyıq və cənab Makron əbəs yerə bunu edir. Hesab edirəm ki, onun Rusiyanın özü istəməyincə, heç nə axtarmayacağı ilə bağlı əla təcrübəsi var. O, vasitəçiliklə müəyyən nəticələr əldə etmək istəyirdi və bunu edə bilmədi. Özü də bizim tərəfimizdən yox, Rusiya tərəfdən məsələyə yanaşırdı”, - Zelenski deyib.

Ukrayna lideri vurğulayıb ki, Rusiya fevralın 24-də heç bir güzəşti vecinə almadığını və qarşısına məqsəd qoyubsa, başqasının ərazisini alacağını göstərdi. “İndi Makrona bu və ya digər diplomatik "pa”lar etmək lazım deyil. O, prezident oldu, mən onu dəstəklədim. Amma kənara addım atmaq olmaz, tarix bunu bağışlamır, sənin olanı geri qaytarmaq istəyirsənsə, ancaq irəli addımlamalısan”, - Zelenski qeyd edib.


Geri dön