Ana Sayfa > Karusel / Gündəm > Boris Conson norveçli həmkarı ilə görüşüb

Boris Conson norveçli həmkarı ilə görüşüb


13-05-2022, 18:48. Yazar: Admin

Boris Conson norveçli həmkarı ilə görüşüb

Boris Conson və norveçli həmkarı arasında görüş keçirilib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu gün Britaniyanın baş naziri Boris Conson və Norveçin baş naziri Yonas Störe "Dauninq Strit"də görüşüb.

Liderlər görüş çərçivəsində, Avropanın şimalındakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər və Boris Conson bu həftə Finlandiya və İsveçə səfərləri barədə Norveçli həmkarına məlumat verib.

Onlar həmçinin, NATO müttəfiqlərinin Ukraynanı siyasi cəhətdən dəstəkləməsinin vacibliyi ilə bağlı razılığa gəlib, dayanıqlı enerji təchizatının artırılmasının əhəmiyyətini müzakirə ediblər. Baş nazir Boris Conson görüş zamanı, Böyük Britaniya-Norveç münasibətlərinin, ölkələr arasında əməkdaşlığın əhəmiyyətini də qeyd edib.

Görüşdən sonra Boris Conson və Baş nazir Yonas Störe Böyük Britaniya-Norveç münasibətlərinə dair yeni birgə bəyannamə imzalayıblar.


Geri dön