Ana Sayfa > Karusel / Gündəm > Ukraynada universitet müəllimlərinin səfərbərlikdən azad edilməsi təklif edilib
Ukraynada universitet müəllimlərinin səfərbərlikdən azad edilməsi təklif edilib13-05-2022, 18:29. Yazar: Admin |
Ukrayna Ali Radasının 8 deputatı parlamentə ali təhsil müəssisələrinin müəllimlərinin elmi dərəcələrinin olub-olmamasından asılı olmayaraq, səfərbərlikdən azad edilməsini təklif edib. Qarabaginfo.az “Ukranews.com” saytına istinadən xəbər verir ki, qanun layihəsi mayın 5-də qeydiyyatdan keçirilib.
Layihə elmi, elmi-pedaqoji və pedaqoji işçilərin öz iş yerləri olan ali təhsil müəssisələrində qalıb işlədikləri təqdirdə hərbi səfərbərlikdən azad edilməsini nəzərdə tutur. Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 24-də ölkədə 90 günlük ümumi səfərbərliyin elan edilməsi ilə bağlı fərman imzalayıb. Səfərbərliyin plana uyğun getdiyi, lakin mayın 24-dən sonra da davam edəcəyi ehtimal edilir. Geri dön |