“Aparılan araşdırmalara görə, Azərbaycanın iqlim dəyişikliklərinə həssaslıq indeksinin artması müəyyən edilib”.
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, quraqlıq dövrünün davamiyyəti artıb, leysan yağışlı günlərin sayı artıb: “Yəni uzun müddət yağış yağmır, sonra aylıq norma bir gündə yağdıqda bu, daşqınlarına səbəb olur”.