Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub, ölən olmayıb
Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub, ölən olmayıb13-05-2022, 16:41. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 664 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 890 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 65 nəfərdir. Ölkədə son sutka ərzində 2 658, hazırkı dövrədək isə 6 847 892 test aparılıb. Geri dön |