Ana Sayfa > Karusel / Səhiyyə > “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu yaradılıb
“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu yaradılıb13-05-2022, 15:10. Yazar: Admin |
Səhiyyə Nazirliyi səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə, o cümlədən şəffaflığın və hesabatlılığın artırılmasına, habelə elektron səhiyyənin inkişaf etdirilməsinə dair təkliflərin üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini təmin etmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, habelə mütəxəssisləri və ekspertləri cəlb etməklə “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunu yaradılıb. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Geri dön |