Ana Sayfa > Karusel / Gündəm > Ukraynanın sabiq prezidentləri "Azovstal"la bağlı çağırış edib

Ukraynanın sabiq prezidentləri "Azovstal"la bağlı çağırış edib


13-05-2022, 14:42. Yazar: Admin

Leonid Kuçma, Viktor Yuşşenko və Petro Poroşenko

 

Ukraynanın sabiq prezidentləri - Leonid Kuçma, Viktor Yuşşenko və Petro Poroşenko "Azovstal"la bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Bu barədə Viktor Yuşşenko "Facebook"da bildirib.

Leonid Kuçma, Viktor Yuşşenko və Petro Poroşenko dünya liderlərinə, Avropa İttifaqına üzv dövlətlərə, ABŞ-a, Kanadaya, Çinə, Türkiyəyə və başqalarına, habelə Birləşmiş Millətlər Təşkilatına müraciət ünvanlayıblar.

Onlar bütün mövcud diplomatik resurslardan xahiş ediblər ki, "Azovstal" zavodunun ərazisində mülki və hərbi ukraynalıların həyatını xilas etmək üçün Ukrayna hakimiyyətinə kömək etsinlər.

"Mariupol şəhəri indi öz cinayətlərinin izini gizlətməyə çalışan rus ordusu tərəfindən demək olar tamamilə dağıdılıb.

Biz sizi qəhrəman ukraynalıların həyatını xilas etməyə qoşulmağa çağırırıq.

On milyonlarla ukraynalı sizə ümidlə baxır və sivil dünyanın bütün xalqları uğurlu vasitəçiliyinizi minnətdarlıqla alqışlayacaqlar”, - sabiq prezidentlərin müraciətində deyilir.


Geri dön