Ana Sayfa > Karusel / Dünya > Kiyevdə daha 37 mülki şəxsin meyiti tapıldı

Kiyevdə daha 37 mülki şəxsin meyiti tapıldı


13-05-2022, 14:00. Yazar: Admin

 

Kiyev vilayətinin Motıjin və Yasnoqorodka kəndləri arasındakı 7 km-lik yolda 37 nəfərin meyiti tapılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Qeyd olunur ki, ölənlər mart ayı ərzində Rusiya hərbçilərinin atəşə tutması nəticəsində ərazini tərk etməyə cəhd edən mülki şəxslərdir.

Jurnalistlər avtomobil qeydiyyatçılarının videoyazısını öyrənib, hadisə şahidləri ilə danışıb və yola bitişik ərazini araşdırıblar. Onlar belə qənaətə gəliblər ki, rus qoşunları yolu minaatanlardan atəşə tutub. Güzgülərində ağ sarğılı və “Uşaqlar” yazısı olan əzilmiş mülki avtomobillərdən başqa, yolda güllə yarası almış mülki şəxslərin meyiti də tapılıb.

 


Geri dön