Ana Sayfa > Karusel / Gündəm > 79-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

79-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı


13-05-2022, 13:24. Yazar: Admin

 

Müharibənin 79-cu günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 165 təyyarəsi, 125 helikopteri, 842 PUA-sı, 304 zenit-raket kompleksi, 3032 tank və digər zirehli texnikası, 368 reaktiv yaylım atəş sistemi, 1491 artilleriya və minaatanı, 2869 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

 


Geri dön