Ana Sayfa > Karusel / Dünya > İrandan qayıdan Aİ diplomatı Almaniyada saxlanıldı

İrandan qayıdan Aİ diplomatı Almaniyada saxlanıldı


13-05-2022, 12:56. Yazar: Admin

 

İrandan qayıdan Aİ diplomatı Almaniyada saxlanıldı

Avropa İttifaqının (Aİ) Vyanada İranla nüvə danışıqları üzrə koordinatoru Enrike Mora Tehrandan geri dönərkən Almaniyanın Frankfurt hava limanında polis tərəfindən saxlanılıb.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı diplomat öz tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun pasportunu və telefonunu götürüb. Almaniya polisi, həmçinin daha iki avropalı diplomatı da saxlayıb. Mora və digər iki həmkarı yarım saatdan sonra sərbəst buraxılıb.


Geri dön