Ana Sayfa > Karusel / Region > Türkiyə 42 milyon turistin gəlişini gözləyir

Türkiyə 42 milyon turistin gəlişini gözləyir


13-05-2022, 10:34. Yazar: Admin

Bu il Türkiyə 42 milyon turist qəbul etməyi planlaşdırır.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

 

O bildirib ki, belə olacağı təqdirdə ölkənin turizm gəlirlərinin 35 milyard dolları keçəcəyi gözlənilir.

 

Nazir xatırladıb ki, 2021-ci ildə Türkiyəyə 30 milyon xarici vətəndaş səfər edib və turizm gəlirləri 24,5 milyard dollar təşkil edib.

 

Qeyd olunub ki, son iki ildə Türkiyə turizm potensialının xaricdə təbliğinin effektivliyinə görə ölkələr siyahısına başçılıq edir. Hazırda dünyanın 140 ölkəsinin telekanallarında Türkiyədə bayramlar mövzusunda reklamlar göstərilir. Hökumətin məqsədlərindən biri də ölkənin bütün əyalətlərinə turist cəlb etməkdir.


Geri dön