Ana Sayfa > Karusel / Region > Ukraynalı qaçqınların sayı 8 milyonu ötəcək - BMT

Ukraynalı qaçqınların sayı 8 milyonu ötəcək - BMT


13-05-2022, 10:31. Yazar: Admin

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladığı ilk gündən indiyədək 6 milyondan çox ukraynalı ölkəsini tərk edib.

 

Qarabaqinfo.az-ın xəbərinə görə, bu barədə BMT-nin Cenevrə ofisinin yaydığı bəyanatda bildirilib.

 

Son məlumatlara əsasən, digər ölkələrə sığınan ukraynalıların sayı 6 029 705 nəfərdir. Onların 90%-ni qadın və uşaqlar təşkil edir. 18-60 yaş arası kişilərin ölkədən çıxışına icazə verilmir.

 

BMT-nin proqnozlarına görə, ilin sonunadək ukraynalı qaçqın sayı 8 milyon nəfəri ötəcək.


Geri dön