Yaponiya mayın 20-dən Rusiyaya yüksək texnologiyalı məhsul satışını qadağan edib.
Qarabaginfo.az xəbər verir ki, müvafiq qərar Yaponiya hökumətinin saytında dərc olunub. Qərara görə, Rusiyaya kvant kompüterləri, 3D printerlər, elektron mikroskop və sair avadanlıqlar satmaq qadağan olunur. Qadağa Ukraynadakı vəziyyətlə izah edilir.