Ana Sayfa > Karusel / Gündəm > "Barselona" Koutinyonu İngiltərə klubuna satıb

"Barselona" Koutinyonu İngiltərə klubuna satıb


12-05-2022, 23:28. Yazar: Admin

İngiltərənin "Aston Villa" klubu İspaniya "Barselona"sının futbolçusu Filippe Koutinyonu birdəfəlik transfer edib.

Qarabaginfo.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.

30 yaşlı "sambaçı" cari mövsümün ikinci yarısından icarə əsasında Birmingem klubunda çıxış edirdi.

Qeyd edək ki, Filippe Koutinyo "Aston Villa"da keçirdiyi 16 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Geri dön